Çexiya Azərbaycandan “Niva” avtomobilləri alacaq

Baş səhifə

Bakı. Trend:

Çexiya “Avtovaz” tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanın
“Azermaş” ASC zavodunda istehsalı olunmuş “Niva” avtomobillərini
alacaq.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata əsasən, “Niva”nın Çexiyada təxmini qiyməti 498 min kron
(təxminən 40,477.44 AZN) olacaq.

Çexiyanın “Idnes” nəşrinin yazdığına görə, “Niva” modeli
Çexiyada texniki göstəriciləri ilə yanaşı, 1983-cü ildə çəkilmiş
“Qonaqlar” (Çexiya, 1983) serialı sayəsində populyarlaşıb.