Fransada Makronun reytinqi 14 faizə düşüb

Baş səhifə

Bakı. Trend:

Fransada siyasi böhran dərinləşdikcə, Prezident Emmanuel
Makronun ictimai dəstəyi rekord həddə enib.

Trend xəbər verir
ki, “Elabe” tədqiqat mərkəzinin “Les Echos” qəzeti üçün keçirdiyi
sorğuya əsasən, Makronun reytinqi 14 faizə düşüb. Bu, son bir ayda
üç faiz bənd azalma deməkdir.




Eyni zamanda, ifrat sağçı “Milli Ralli” partiyasının mövqeləri
güclənməkdədir. “Toluna Harris Interactive” sorğusuna görə,
fransızların 35 faizi 2027-ci il prezident seçkilərində bu
partiyanın namizədinə səs verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 6-da Emmanuel Makron Baş nazir
Sebastyan Lekörnünün istefasını qəbul edib. Prezidentin parlamentdə
çoxluğu olmadığı üçün hökumət hazırda müxalifətin dəstəyinə ehtiyac
duyur.