2 vəkilin fəaliyyəti dayandırılıb, 4-ə isə xəbərdarlıq edilib

Baş səhifə
2 vəkilin fəaliyyəti dayandırılıb, 4-nə isə xəbərdarlıq edilib

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə “Report”a kollegiyadan məlumat verilib.

Bildirilib ki, rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.