“Real”ın müdafiəçisi İspaniya millisindən kənarlaşdırıldı

Baş səhifə

Bakı. Trend:

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Trend xəbər
verir ki, “Real”ın müdafiəçisi Din Hyöysen yığmanın düşərgəsini
tərk edib. Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı
məlumat yayıb.




Səbəb 20 yaşlı mərkəz müdafiəçisinin zədəli olmasıdır. Onun
əvəzinə “Atletik”də çıxış edən Aymerik Laport düşərgəyə dəvət
edilib.

Qeyd edək ki, İspaniya milli komandası DÇ-2026-nın seçmə
mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 14-də isə
Bolqarıstanıı qəbul edəcək.