
Bakı. Trend:
Azərbaycanına azad edilmiş ərazilərində bərpa-quruculuq,
yenidənqurma işləri davam etdirilməkdədir.
Trend-in
məlumatına görə, bu işlərin davamı kimi Ağdərə və Xocalıda 490
fərdi yaşayış evi təmir olunacaq.
Belə ki, Ağdərə rayonunun Çıldıran, Vəngli, Aşağı Oratağ,
Heyvalı kəndlərində 184 fərdi yaşayış evi, Xocalı rayonunun isə
Mehdibəyli, Pirlər, Daşbulaq, Badara, Xanabad, Seyidbəyli
kəndlərində 306 fərdi yaşayış evinin cari təmirinin
layihələndirilməsi işləri həyata keçiriləcək.
Məlumata əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla
bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Promor” və “Monotech AZ”
Məhdud Məsuliyyətli Cəmiyyətlərinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, fərdi yaşayış evlərinin təmirinin
layihələndirilməsi üzrə MMC-lərə ümumilikdə 448,9 min manat
ödənilib.


