
Qəbələ. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkdilli xalqların
birliyinin əhəmiyyətini vurğulayıb.
Trend xəbər verir
ki, o, bunu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT)
üzv ölkələrin Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə çıxışı
zamanı deyib.
“Bu tarixi yerlərin yetirməsi, azərbaycanlı şair Bəxtiyar
Vahabzadə bizə belə bir kəlam miras qoyub: “Türk başqa türklə
düşmən ola bilməz!” Biz ulu babalarımızın müdrik sözlərinə sadiq
qalaraq bütün dünyaya göstəririk ki, türklər qan qardaşlarıdır və
birliyinə sədaqət nümayiş etdirirlər”,- deyə Qazaxıstan Prezidenti
bildirib.
Tokayev qeyd edib ki, türk dövlətləri arasında əməkdaşlıq və
həmrəylik regionun sabitliyinin və rifahının əsas amillərindəndir.
O vurğulayıb ki, türk dünyasının xalqları arasında mədəni və tarixi
bağlar möhkəmləndirilməli, münaqişələr və ixtilaflar isə rədd
edilməlidir.

