
Qəbələ. Trend:
Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər
nazirləri və xüsusi xidmət orqanlarının rəhbərlərinin ilk
toplantısını Səmərqənddə keçirməyi təklif edirik.
Trend xəbər verir
ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə
Görüşündə deyib.
“Biz fəaliyyətin bütün istiqamətlərini və qarşılıqlı
əməkdaşlığın bütün formalarını dəstəkləyirik. Hesab edirəm ki, Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin,
diplomatik xidmət rəhbərlərinin və kəşfiyyat orqanları
rəhbərlərinin müntəzəm birgə görüşlərinin keçirilməsi qlobal
vəziyyətin dərindən təhlili və zəruri qərarların qəbul edilməsi
baxımından zamanın tələbidir”, – deyə Özbəkistan Prezidenti
bildirib.
“Təşkilatımızın rolunun və səlahiyyətlərinin gücləndirilməsi,
eləcə də yaxın gələcəkdə onun effektiv əməkdaşlıq platforması kimi
möhkəmlənməsi bizim əsas prioritet vəzifəmizdir”, – Mirziyoyev
vurğulayıb.

