“Azərbaycan TDT-yə üzv ölkələrə bir çox önəmli sərmayələri icra edir”.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
O bildirib ki, bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub: “Bunun çox hissəsi Türkiyə iqtisadiyyatına qoyulan sərmayələrdir. Ümumilikdə, atılan addımlar türk dünyasında dost və qardaş ölkələr arasında aəməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir”.

