XİN başçısı: Gürcüstan bəzi ölkələrlə birtərəfli dostluq rejimində qalır

Baş səhifə

“Biz hətta Gürcüstanın daxili işlərinə kobud müdaxilə edən ölkələrlə birtərəfli dostluq və tərəfdaşlıq rejimində qalırıq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvli jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstan diplomatlarının başqa ölkələrin daxili işlərinə qarışmadıqlarını bildirib.

“Əgər onlar belə etsələr, dəqiq bilirik ki, həmin ölkələr müvafiq cavab verəcəklər. Gürcüstanın daxili işlərinə müdaxilə edən ölkələrlə dostluq və tərəfdaşlığı saxlayırıq. Bu yalnız və yalnız uzun illər ərzində qurulan münasibətlərə diqqətli yanaşmamızdan irəli gəlir”, – deyə XİN başçısı əlavə edib.

Nazir bu gün Gürcüstan XİN-də ölkədə akkreditə olunmuş səfirlərlə keçirilən görüşün məqsədi barədə də danışb. Onun sözlərinə görə, diplomatlara oktyabrın 4-də keçirilmiş yerli seçkilər, həmçinin həmin gün Tbilisidə baş vermiş hadisələr və aparılan istintaq tədbirləri barədə əhatəli məlumat təqdim olunub.