AMB xalis stabil maliyyələşmə əmsalı tətbiq edəcək

Baş səhifə
AMB xalis stabil maliyyələşmə əmsalı tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə xalis stabil maliyyələşmə əmsalının (“Net stable funding ratio”) tətbiqinə başlayacaq.

“Report xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı konsepsiya hazırlanır: “Bu da bank sektorunun uzunmüddətli likvidliyini tənzimləməyə xidmət edəcək”.