
Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə
iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə
gəlib.
Trend xəbər verir ki, Qəbələ
Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.
Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər
qarşılayıblar.

