Hindistanda torpaq sürüşməsi nəticəsində azı 23 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində güclü yağışların
səbəb olduğu torpaq sürüşmələri nəticəsində azı 23 nəfər həyatını
itirib.

Trend xəbər verir
ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Milli Fəlakətlərə Cavab Mərkəzinin sözçüsü bildirib ki, ölənlər
arasında uşaqlar da var. Onun sözlərinə görə, bölgədə baş verən
fırtına son on ilin ən dağıdıcı sürüşmələrindən birinə səbəb
olub.




Təbii fəlakət nəticəsində bir çox kəndlər zərər görüb, əsas
yollar bağlanıb. Xilasetmə xidmətləri hazırda hadisə yerində
axtarış işlərini davam etdirir, dağıntılar altından bir neçə nəfər
xilas edilib.

Yerli hakimiyyət Darcilinq bölgəsində həlak olanlar arasında
turistlərin də ola biləcəyini istisna etmir.

Qeyd edək ki, bundan əvvəl Qərbi Benqalla qonşu Nepalda güclü
yağışlar səbəbindən baş verən torpaq sürüşmələri və daşqınlar
nəticəsində 50-dən çox insanın öldüyü bildirilmişdi.