
Bakı. Trend:
Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş
məsafəsi məhdudlaşacaq.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, dekabrın 11-də bəzi dağlıq və dağətəyi rayonlarda
dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar
olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000
metrədək məhdudlaşacağı gözlənilir.

