
Bakı. Trend:
Qırğızıstanda 5,5 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri
Qazaxıstanın Taraz şəhərindən 81 km cənub-şərqdə yerləşib və
zəlzələnin ocağı 8 km dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir.

