Bakı. Trend:
Tbilisinin mərkəzi Rustaveli prospektində etiraz aksiyası
keçirilir.
Trend xəbər verir ki,
aksiyanı yerli seçkiləri boykot etmiş müxalifət partiyaları təşkil
edib.
Aksiya iştirakçıları Azadlıq meydanından Prezident iqamətgahına
doğru yürüş ediblər. Etirazçılar Gürcüstan Prezidentinin sarayının
ərazisinə daxil olublar.
Hadisə yerinə xüsusi təyinatlılar səfərbər edilib.
Qeyd edək ki, bu gün Gürcüstanda yerli seçkilər keçirilir.

