
Bakı. Trend:
Ötən ilin sonu ilə müqayisədə aktivlər üzrə təmərküzləşmədə
müəyyən qədər artım olsa da, depozit və kredit portfelləri üzrə
təmərküzləşmədə azalma müşahidə olunur.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.
Qeyd edilib ki, beynəlxalq təcrübədə də geniş istifadə olunan
HHI1 indeksinə əsasən cari ilin ilk yarısına kredit portfeli üzrə
təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 6 vahid azalaarq 1201
təşkil edib. Məlumata görə, depozit portfeli üzrə təmərküzləşmə
indeksi isə ötən ilin sonu ilə müqayisədə 8 vahid azalaraq 1645
təşkil edib. Bildirilib ki, aktivlər üzrə HHI indeksi göstəricisi 5
vahid artaraq 1480 təşkil edib.
“Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı
səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta
səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə
əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir.
Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim
diqqətdə saxlanılır”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda
rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün
istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə
departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3
hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar
(HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (15002500).
HHİin dəyəri 0-10000 arasında dəyişir.


