
Azərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov III MDB oyunlarında növbəti medalı qazanıb.
“Report”un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə qarışıq komanda yarışında 49.930 idmançılar gümüş medala yiyələnib.
Birinci pilləni Belarus (51.270 xal), Qazaxıstan isə (47.280 xal) üçüncü olub.
Qeyd edək ki, bununla da batut gimnastikası yarışlarına yekun vurulub. Azərbaycan gimnastları yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


