Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib

Baş səhifə

Kopenhagen.Trend:

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta əldə edilmiş
sülh münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

Trend-in
Kopenhagenə ezam olunmuş müxbiri xəbər verir ki, Antonio Koşta bu
barədə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının
iclasında danışıb.

“Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik
etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh, Avropamız
üçün əhəmiyyətli andır. Bu onu göstərir ki, sülh qurmaq mümkündür
və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”, – deyə Koşta
bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan
Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı
təbrik edib.