Ağdamda evin yanması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Ötən gecə Ağdam rayon Quzanlı qəsəbəsində fərdi ev yanıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə hadisə nəticəsində 31.07.2013 – cü
il təvəllüdlü Ismayılova Nəzrin Əhəd qızı və 23.05.1965 – ci il
təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı yanıq xəsarətləri
alıblar. Xəsarət alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanası”
publik hüquqi şəxsin Cərrahiyyə Şöbəsinə yerləşdiriliblər.
İsmayılova Nəzrin Əhəd qızına üzün hər iki yuxarı ətrafın 1-ci
dərəcəli texniki yanığı, İsmayılova Zibeydə Qənimət qızına isə hər
iki yuxarı ətrafın, hər iki bazu, said kürək, hər iki əllərin 1 və
2 ci dərəcəli texniki yanığı diaqnozu qoyulub.




Xəstələrə dərhal ilkin tibbi yardım göstərilikdən sonra Bakı
şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilmişdir.