Bakı.Trend:
Giləzi qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Trend xəbər
verir ki, 1 oktyabr 2025-ci il tarixində saat 3 radələrində Giləzi
qəsəbəsində yerləşən kərpic zavod adlanan ərazidə 2007-ci il
təvəllüdlü Məmmədov Emin Ceyhun oğlunun aralarında yaranmış
mübahisə zamanı bir bıçaq zərbəsi ilə tanışı 1988-ci il təvəllüdlü
Yəhyəyev Hüseynbala Cürət oğluna qarının sağ və ön hissəsinin
daxilə nüfuz edilmiş kəsilmiş-deşilmiş xəsarətləri yetirib.
Faktla bağlı Xızı RPŞ-nin TQ-da araşdırma aparılır.

