Danimarka lideri NATO-nu Rusiyaya qarşı tədbirləri gücləndirməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

Danimarkanın baş naziri Mette Frederiksen NATO-nu Rusiyanın Qərb
əleyhinə fəaliyyətinə qarşı cavab tədbirlərini gücləndirməyə
çağırıb.

Trend bu barədə
xarici KİVə istinadla xəbər verir.




“Biz son dərəcə açıq danışmalıyıq və başa düşməliyik ki, bu
yəqin ki, başlanğıcdır. Biz bütün avropalıların xəritəyə nələrin
qoyulduğunu, nələrin baş verdiyini anlamasını istəyirik. Söhbət
pilotsuz uçuş aparatlarından istifadədən vəya kiberhücumlardan
gedirsə, deməli məqsəd bizim aramızda parçalanmaya səbəb olmaqdır”.
–deyə baş nazir bildirib.