Bakı. Trend:
Litva hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün yeni
sistemlər əldə edəcək.
Trend xəbər verir
ki, bunu Litvanın müdafiə naziri Dovile Şakalene bildirib.
Onun sözlərinə görə, İsveçdən “Saab Dynamics” şirkətinin
istehsalı olan üçüncü MSHORAD qısamənzilli hava hücumundan müdafiə
batareyası, Norveçdən isə dördüncü NASAMS batareyası alınacaq.
Bundan başqa, Litva Ukrayna istehsalı olan dörd “Sky Fortress”
PUA radarı və səs tanıma sistemləri ilə də silahlanacaq.

