“Schlumberger” Qarabağ bölgəsinin geotermik imkanlarını araşdırır

Baş səhifə
Schlumberger Qarabağ bölgəsinin geotermik imkanlarını araşdırır

Codi Vud

“Schlumberger” şirkəti Qarabağ bölgəsinin geotermik imkanlarını araşdırır.

“Report” xəbər verir ki, bunu “Schlumberger”in (SLB) idarəedici direktor xanım Codi Vud “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə (BCAW2025) 2-ci günündə deyib.

“Biz yaşıl enerji zonasında Qarabağ bölgəsində geotermik imkanları araşdıraraq üçün “SOCAR Green” ilə sıx əməkdaşlıq edirik. Çoxunuzun yəqin ki, bildiyi kimi, orada çoxlu vulkanik fəaliyyət və isti bulaqlar mövcuddur. Su 100-150 dərəcə selsi ola bilər. Bu o deməkdir ki, ənənəvi buxar enerjisi və ya geoenerji, evlərin, istehsal obyektlərinin birbaşa qızdırılması, müxtəlif mövzular üçün potensial var. Beləliklə, burada, Azərbaycanda da yaxşı imkanlar var”,-deyə o əlavə edib.

C, Vud bildirib ki, dünya miqyasında SLB-nin karbontutma texnologiyası mövcuddur: “Karbonun tutulması və saxlanılması mühüm əhəmiyyət kəsb edir. Bu gün mövcud olan quyularla, yeraltı proseslər haqqında biliyimizlə birlikdə işləyərək bunu necə irəli apara biləcəyimizi anlamağa çalışırıq. Bizim əslində bu gün dünya üzrə həyata keçirilən üç layihəmiz var. Beləliklə, bu texnologiya daha da inkişaf etdirmək üçün Azərbaycana da gətirilə bilərik”.