Azərbaycan, Türkiyə və Şimali Kipr deputatları Türkiyədə bir araya gəliblər

Baş səhifə

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş
Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti
parlamentlərarası dostluq qruplarının ikinci üçtərəfli toplantısı
çərçivəsində nümayəndə heyətlərini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki
səfirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.

Görüşdə ölkələr arasında dostluq və əməkdaşlığın
gücləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı müzakirə
olunub. Kurtulmuş qardaş ölkələr arasında münasibətlərin bütün
sahələrdə inkişafının vacibliyini qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da görüşlə
bağlı paylaşım edib. O, təfbirə ev sahibliyi etməkdən məmnun
olduğunu vurğulayıb

“Türk dünyasındakı digər ölkələrin də qatılması ilə
genişlənməsinə ümid etdiyimiz bu dostluq və qardaşlığın
regionumuzda sülh və sabitliyi gücləndirəcəyinə inanıram”, – deyə
spiker bildirib.