Bakı. Trend:
Türkiyə ilə ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığına dair
anlaşma memorandumu imzalanıb.
Trend xəbər verir
ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar
bildirib: “Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü
və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir
mərhələyə başladıq.”
Sənəd Nyu-Yorkda keçirilən görüşlər çərçivəsində imzalanıb.

