MOK rəsmisi: “Azərbaycanda basketbolun inkişafı göz qabağındadır”

Baş səhifə
MOK rəsmisi: Azərbaycanda basketbolun inkişafı göz qabağındadır

Azərbaycanda basketbolun inkişafı göz qabağındadır.

“Report” xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Basketbol Liqasının ilin yekunlarına həsr edilmiş tədbirdə deyib.

O, Azərbaycan Basketbol Federasiyasının fəaliyyəti haqda danışıb:

“Azərbaycanda basketbolun inkişafı göz qabağındadır. Buna misal olaraq Azərbaycanın qadınlardan ibarət 3*3 yığçasının Paris-2024 Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışlarını misal göstərmək olar. Bundan başqa, klublarımız da artıq Avropa Kuboklarında öz sözlərini deyirlər. Dünən “Abşeron Lions”un Avropa Kubokunun I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi “Anortosis”ə qalib gəlməsi hər kəsi sevindirdi”.