“Qalatasaray” və “Fənərbaxça”dan “Real”ın ulduzuna təklif

Baş səhifə

“Real Madrid”in ukraynalı qapıçısı Andriy Lunin transfer pəncərəsi zamanı “Qalatasaray” və “Fənərbaxça”nın marağında olub.

Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngləri futbolçunu transfer etmək üçün təklif göndərib. İspaniyanın “Marca” qəzetinin məlumatına görə, qapıçı hər iki təklifi rədd edib. Bildirilib ki, qolkiperin prioriteti həmişə “Real Madrid”də qalmaq olub və bu səbəbdən o, hər iki təklifi rədd edib. Andrey Luninin təklifi rədd etməsindən sonra “Fənərbaxça” “Mançester Siti”dən Edersonu, “Qalatasaray” isə “Trabzonspor”dan Uğurcan Çakırı heyətinə qatıb.

Qeyd edək ki, Tibo Kurtuadan sonra ikinci seçim olan Andrey Lunin bu mövsüm heyətdə yer almayıb. Luninin “Real Madrid”lə 2030-cu ilə qədər müqaviləsi var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.