Gədəbəydə baş verən qəza ilə bağlı BDYPİ açıqlama yayıb

Baş səhifə

Bakı. Trend:

Bugün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat
hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063”
markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin
avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Trend bu barədə
Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verir.

Bildirilib ki, Hhadisə yerinə dərhal YPX əməkdaşları cəlb
edilərək lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Qəza
nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər
sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə
buraxılıblar.




Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət
iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında
diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə
gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb
olunur.