Futbola sərmayələrin daha çox olmasını ümid edirik – Qurban Qurbanov

Baş səhifə

Bakı. Trend:

Futbola sərmayələrin daha çox olmasını ümid edirik.

Trend xəbər
verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün
Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun
ikinci günündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın inkişafı üçün çox böyük işlər
görülür, futbol da həmin sahələrdən biri ola bilər:




“Necə ki digər sahələrə investisiya yatırılırsa, eləcə də
futbola da investisiya qoymaq, məncə, maraqlı olar. Çünki bizdə
bacarıqlı, qabiliyyətli futbolçularımız var. Bəlkə də, heç nədən
üzə çıxan futbolçularımız var. Çünki bu bölgə elə bir yerdir ki,
istənilən idman növündə – güləş, boks, cüdo və s. idmançılarımız
yetişir”.

“Buna görə də bu sahəyə investisiya qoymaqla yanılmarıq. Dünyada
da futbola həddindən artıq investisiya qoyulur. Hesab edirəm ki,
futbolu stabil bir vəziyyətə gətirmək olar”, – deyə Q. Qurbanov
qeyd edib.