Oktyabrın 22-də, saat 11:00-da “Bank Avrasiya” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 112 B ünvanında olacaq.
Yığıncağın gündəliyinə kredit təşkilatının Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

