2025-ci ildə “Şimal-Cənub” dəhlizi ilə daşınmış yüklərin həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

2025-ci ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə daşınmış
yüklərin həcmi 9,289 milyon ton təşkil edib.

Trend bu barədə
Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata əsasən, bu göstərici 2024-cü ilin göstəriciləri ilə
müqayisədə 608 min ton və ya 6,1% azdır. Belə ki, 2024-cü ildə
“Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə yük daşımalarının həcmi 9,897
milyon ton olub.

Qeyd edək ki, ümumilikdə 2025-ci il ərzində nəqliyyat dəhlizləri
üzrə dəmir yolu nəqliyyatı ilə 400,7 milyon ton, avtomobil
nəqliyyatı ilə 151,7 milyon ton, dəniz nəqliyyatı ilə isə 259,5
milyon ton yük daşınıb.