Sərxoş kişinin cibinə girən şəxslə bağlı qərar çıxarıldı

Kriminal

Ali Məhkəmədə soyğunçuluqda təqsirləndirilən Salam Zamanovun (şərti) barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. 

İttihama görə, hadisə 2021-ci ildə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Salam Zamanov yolun kənarında sərxoş vəziyyətdə oturan zərərçəkmiş Qalib Məmmədovu (şərti) görərək ona yaxınlaşıb. Bu zaman zərərçəkmiş yerə yıxılıb və təqsirləndirilən şəxs də bundan istifadə edərək onu yerdən qaldırmaq görüntüsü yaradıb. Sonra o, digər əlini Qalibin şalvarının cibinə salaraq 50 manat pulunu gizli götürüb. Salam ərazidən uzaqlaşmaq istədikdə zərərçəkmiş şəxs pullarının gizli olaraq talandığını aşkar edib. Qalib buna əmin olmaq üçün cibində olan pulları çıxarıb sayarkən həmin pulların bir qismi yerə səpələndikdə Salam cinayətkar əməllərini davam etdirərək zərərçəkmiş şəxsin yerdəki 350 manatını gözü qarşısında götürüb.

Hadisədən sonra Qalib Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib və Salam Zamanov şübhəli şəxs qismində saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir