ABŞ-də bir şəhər süpürümlərin “istilasına” məruz qaldı – VİDEO

DIN


ABŞ-nin qərbində, Yuta ştatında yerləşən Saut-Cordan şəhəri süpürümlərin (çöl bitkisi) “istilasına” məruz qalıb.

Yerli medianın məlumatına görə, güclü külək minlərlə alaq otunu şəhərə sürükləyib. Küçələri, evləri, yolları basan bu bitkilər şəhərdə nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.

Bildirilir ki, hazırda kommunal xidmətlər küçələri təmizləməklə məşğuldur.

Şəhər sakinləri alaq otlarının görüntülərini sosial şəbəkələrdə paylaşıblar və yaranmış vəziyyətə yumorla reaksiya verərək, onları “işğalçılar” adlandırıblar.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir