“TikTok”da qadınlardan pul tələb edən şəxs TUTULDU – VİDEO

Kriminal


Naxçıvan polisi sosial şəbəkədə başqasının adına saxta profillər açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb. 

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən resmixeber.az-a verilən məlumata görə, bir neçə qadın “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir