Tərtərdə 12 qumbara aşkar edilib – FOTO

Cəmiyyət


Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silah-sursatın tapılması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat, 2 tüfəng, 12 qumbara, avtomat daraqları və güllələr aşkar olunaraq götürülüb.

Bundan əlavə, polis əməkdaşları pirotexniki vasitələrin yayılmasının qarşısının alınması istiqamətində də tədbir keçirib. Tədbir zamanı rayon sakinlərindən xeyli sayda pirotexniki vasitələr götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir