Zeynal Nağdəliyev: “Seçki hüququ olan tələbələrin səs verməsi üçün şərait yaradılması vacibdir”

Cəmiyyət


“Seçki hüququ olan tələbələrin səs verməsi üçün şərait yaradılması vacibdir”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri ilə birgə müşavirədə deyib. 

O qeyd edib ki, tələbələr həm öz yaşadıqları ərazidə, həm də təhsil aldıqları müəssisədə səs verə bilərlər: 

“Nəzərə almalıyıq ki, seçkinin təyin edildiyi tarix tələbələrin istirahət gününə təsadüf edir. Ona görə onların təhsil aldıqları və yaşadıqları ərazilərdə səs verə bilməyi vacibdir”. 

Aysel Aslan

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir