Zaur Əliyev: “Dərman və tibbi sərfə xərclənən məbləğ 120 milyon manat olub”

Cəmiyyət


“İcbari tibbi sığortanın tətbiqindən sonra 2023-cü ildə dərman və tibbi sərfə xərclənən məbləğ 120 milyon manat olub”.

resmixeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu rəqəm 2019-cu il ilə müqayisədə dəfələrlə çoxdur:

“Belə ki, icbari tibbi sığortanın tətbiqindən öncə, yəni 2019-cu ildə dövlət xəstəxanalarında dərman sərfinə xərclənən vəsait 45 milyon manat olub. Bu il bu rəqəm təxminən üç dəfə artıb. Bu da o deməkdir ki, vətəndaşların dərman və tibbi sərfə əlçatanlığı artırılıb. Dövlət tibb müəssisələri dərman və tibbi sərflə bağlı zəruri olan hər şey təmin olunub. Keyfiyyətli tibbi xidmətin əsasında maddi-texniki bazanın mövcudluğu dayanır. İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün Agentlik tərəfindən 2022-2023-cü illər ərzində 54 milyon manatdan çox məbləğdə avadanlıq alınıb”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir