Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursat götürülüb” – FOTO/VİDEO

Cəmiyyət


Beyləqan rayonunda dörd ədəd odlu silah polisə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbir zamanı rayon sakinlərinin mərhum ailə üzvlərinə məxsus dörd ov silahı polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkum olunmuş şəhər sakini Azər Yusifov saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan A.Yusifov avtomatı bir neçə il əvvəl tapdığını və özündə saxladığını bildirib. Həmin şəxsdən götürülən silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən, avtomatın atəşə yararlı olduğu müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qusarda da avtomat və tapança tapılıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Qusar Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən bir ədəd “AK-74” markalı avtomat, bir ədəd həmin silaha məxsus patron darağı, bir ədəd “Makarov” markalı tapança, bir ədəd həmin silaha məxsus patron darağı və 36 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Fakt üzrə Qusar RPŞ-də müvafiq araşdırma aparılır.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər zamanı iki nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir