Göyçayda kişini maşın vurub

Cəmiyyət


Göyçay rayonda maşın piyadanı vurub.

resmixeber.az-ın məlumatına görə, Göyçay rayonu ərazisində Samir Hüseynov idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Ceyhun Akif oğlu Hüseynovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq, orada vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan resmixeber.az-a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir