İşıqforsuz qalan kəsişmədə yol kimindir? – VİDEO

Cəmiyyət


Bakıda bir neçə küçə işıqforsuz qalıb.

resmixeber.az xəbər verir ki, bununla bağlı görüntülər İctimai Televiziyanın xəbər buraxılışında yayımlanıb.

Belə ki, Binəqədi rayonunda Əcəmi Naxçıvani və Şövkət Məmmədova küçələrinin kəsişməsi işıqforsuzdur.

İşıqforsuz küçələrdə xaotik vəziyyət yaranıb. Sürücülər bir-birilərinə yol vermədən hərəkət edirlər. Bu da öz növbəsində sıxlığa və ağır yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.

Sürücülər də bundan narazıdırlar. Pik saatlarda xaotik vəziyyət yarandığını dilə gətiriblər.

Qeyd edək ki, cavabdeh qurum Yerüstü Nəqliyyat Agentliyi yaxın günlərdə əraziyə baxış keçiriləcəyini, qiymətləndirmə aparılacağını söyləyib.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir