Lavrovdan həyəcanverici açıqlama

Dünya


Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fələstin-İsrail münaqişəsi regional münaqişəyə çevrilə bilər.

Rusiyalı diplomat bu barədə Şimali Koreyanın paytaxtı Pxenyanda təşkil edilən mətbuat konfransında jurnalistlərə açıqlamasında söyləyib.

S.Lavrov münaqişədə İranın mövqeyinə də toxunub.

Diplomat qeyd edib ki, İranın siyasi rəhbərliyi kifayət qədər balanslı mövqe tutur və Tehran münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir