Goranboyda qadın və anası bıçaqlandı: Saxlanılan var

Cəmiyyət


Goranboy rayonunun Veyisli kəndində 1996-cı il təvəllüdlü Pərvanə Rasim qızı Yulçuyeva və anası 1966-cı il təvəllüdlü Siyatel Qəşəm qızı Əliyeva bıçaqlanıblar.

“Report”un məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Onlara xəsarət yetirməkdə P. Yulçuyevanın həyat yoldaşı şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az