Leykozdan əziyyət çəkən Şahruxun anası: “Son istəklərini yerinə yetirmək istəyirəm” – FOTO/VİDEO

Cəmiyyət


7 yaşlı Şahruxun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Elnurə Nəcəfova məlumat verib.

O bildirib ki, övladı 3 ildir kəskin leykozdan əziyyət çəkir.

“Şahruxun 4 yaşı olanda onun kəskin leykozdan əziyyət çəkdiyini öyrəndik. İlk gündən müalicələrini etdirsək də, həkimlərin dediyinə görə heç bir irəliləyiş qeydə alınmayıb. İnanın bir dəyərli əşyam qalmayıb, hamısını balam üçün satmışam. İndi isə həkimlər övladımın 2-3 ay ömrü qaldığını deyib. Biz müalicəni davam etdirmək istəyirik, amma buna imkanımız yoxdur. Şahrux meyvə, dondurma istəyir, amma onu belə ala bilmirəm. Övladım bəlkə də son günlərini yaşayır, onun son istəklərini belə yerinə yetirə bilməmək mənə çox ağır təsir edir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: (055) 655-18-20

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir