Britaniya öz qırıcılarını Polşaya yerləşdirdi

Dünya


Böyük Britaniya oktyabrın 15-nə təyin edilmiş parlament seçkiləri öncəsi ölkənin təhlükəsizliyini təmin etmək üçün Polşaya “Eurofighter Typhoons” qırıcılarını göndərib.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps hakim Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “polşalı dostların xahişinə cavab olaraq, döyüş təyyarələri Polşaya enib”.

Nazir göndərilən təyyarələrin sayını dəqiqləşdirməyib. Şappsın fikrincə, bu addım “Rusiyanın yüksək müdaxilə təhlükəsi” fonunda NATO müttəfiqinə dəstək üçün “güclü siqnal olacaq”.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir