Salyanda ər arvadını qətlə yetirib

Kriminal


Salyanda ər həyat yoldaşını qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Salyan şəhərində baş verib.

Belə ki, Salyan şəhər sakini, 1965-ci il təvəllüdlü Murad Zaman oğlu Zamanov həyat yoldaşı, 1976-cı il təvəllüdlü Nazilə Məhərrəm qızı Zamanovanı kəndirlə boğaraq qətlə yetirib.

Qadının meyiti müayinə olunmaq üçün Salyan morquna yerləşdirlib.

Faktla bağl Salyan Rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.

www.RESMIXEBER.az