MM MK sədri Qənirə Paşayeva Əməkdar jurnalist Azər Həsrət və onun xanımı ilə görüşüb.

Baş səhifə

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar jurnalist Azər Həsrət və onun xanımı – Əməkdar müəllim Almaz Həsrətlə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar jurnalisti, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət və onun xanımı – Bakı şəhərindəki 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrətlə görüşüb.

Milli Məclisdə keçirilən görüşdə Əməkdar jurnalisti 55, Əməkdar müəllimi 50 illik yubileyi münasibəti təbrik edən Komitə sədri, onların öz fəaliyyət sahələrində əldə etdikləri uğurları vurğulayıb, yeni uğurlar arzulayıb.

Azər Həsrət və Almaz Həsrət yaradıcılıqdakı yeni uğurlarını və planlarını Qənirə Paşayeva ilə bölüşüb, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə peşəkarcasına çatdırılması, gənc nəslin mədəni irsə dərindən vaqif olması və İKT-nin az qala bütün əməli fəaliyyət sahələrinə tətbiqinin yaratdığı yeni gerçəkliklərlə bağlı önəmli məqamlara vurğu ediblər.

2023-cü ilin Respublikamızda Heydər Əliyev İli olduğu, eləcə də Şuşa şəhərinin bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıdığını deyən Komitə sədri, bu önəmli hadisələrin hər bir Azərbaycan aydınının üzərinə özünəxas mənəvi məsuliyyət gətirdiyini söyləyib.

Yüksək fəxri ad daşıyan Azər və Almaz Həsrətləri əlamətdar yubileyləri münasibəti ilə bir daha təbrik edən Komitə sədri, onlara Qarabağ motivli xatirə hədiyyələri və Təbrik məktubları təqdim edib.

Təbrik məktublarında müvafiq olaraq, Azər Həsrətin jurnalistikada, ictimai fəaliyyətdə, o cümlədən Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində, Almaz Həsrətin gənc nəslin təlim-tərbiyəsində, pedaqoji, elmi və jurnalist fəaliyyətində xidmətləri xatırlanıb.

Azər Həsrət və Almaz Həsrət görüş, təbrik və yüksək diqqət üçün Komitə sədrinə təşəkkür edib.
#MilliMeclis

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir