Çində rəqəmsal qəbiristanlıq yaradılıb: Ölü basdırmaq çox baha başa gəlirmiş – FOTO/VİDEO

DIN


Çində adi dəfn mərasimlərinin baha olması səbəbindən sakinlər doğmalarını “rəqəmsal qəbiristanlıq”larda basdırırlar.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlum olur ki, bura küllərin saxlanıldığı bölmələrdir. Onun üzərində ölülərin fotoşəkillərinin nümayiş olunduğu ekran var.

Bildirilir ki, 2023-cü ilin əvvəlindən Pekində 500-dən çox rəqəmsal məzar satılıb. Bu, səlahiyyətlilərə yerə, çinlilərə isə pula qənaət etməyə kömək edir.

Qeyd edək ki, Çində ənənəvi dəfn mərasimləri 5555 dollara (9,4 min manat) başa gələ bilər, rəqəmsal isə 70% ucuzdur.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir