Dövlət İmtahan Mərkəzinin rəhbəri abituriyent və valideynlərə müraciət edib

Cəmiyyət


“Abituriyentlər hansı sahədə özlərini mütəxəssis kimi görmək istəyirlərsə, o istiqamətdə ixtisas seçməlidirlər”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, valideynlərə müraciət edərək bildirib ki, ixtisas seçimində övladlarının istəyini nəzərə alsınlar:

“Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir”.

www.RESMIXEBER.az