Fransada “İnterpol”un qərargahından oğurluq edilib

Dünya


Fransada məhkəmə “İnterpol”un Liondakı qərargahından kompüter oğurlayan şəxsə səkkiz ay həbs cəzası verib.

Cinayətkarın 10 kompüter oğurladığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının köməyi ilə onun şəxsiyyətini müəyyən edə biliblər. O, iki həftə sonra həbs edilib.

Həmin şəxs dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib. O, cihazları Əlcəzairə göndərən ortağına satdığını bildirib. Hadisəni törədən şəxs oğurluq maddəsi ilə ittiham olunub.

Mənbə: snob.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir