Rusiya Federasiyasının Vladimir vilayətində müəssisədə irimiqyaslı yanğın baş verib.
Məlumata görə, rayonun Qiqant kəndində təxminən altı min kvadratmetr sahədə akril vannaların istehsalı sexi yanır.
Yanğının söndürülməsinə 30 nəfər və altı texnika cəlb olunub.
Həlak olanlar barədə hələ ki, məlumat yoxdur.
Mənbə: Ura.ru
www.RESMIXEBER.az